03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Süleymanini satan şəxs EDAM EDİLƏCƏK

09.06.2020

İran məhkəməsi general Qasim Süleymaninin ölümündə səbəbkar kimi bilinən Seyid Mahmud Musəvi Məcd barəsində ölüm hökmü verib.

Bunu İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün keçirdiyi mətbuat konfransında deyib.

Q.İsmaili bildirib ki, Seyid Mahmud Musəvi Məcd həm İsrail, həm də ABŞ kəşfiyyatına işləyib:

"O, pul qarşılığında Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları aidiyyəti üzrə ötürüb. Yaxın zamanda məhkəmənin qərarı icra ediləcək”.

Qeyd edək ki, yanvar ayında Bağdadda ABŞ-ın atdığı raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Qüds” briqadasının komandanı, general Qasim Süleymani öldürülmüşdü.