03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvada karantin ləğv edilir

08.06.2020

Sabahdan Rusiya paytaxtında koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ləğv olunur.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O, iyunun 9-dan paytaxt ərazisində özünütəcrid və xüsusi buraxılış rejimlərinin ləğv olunduğunu qeyd edib.

Moskva merinin sözlərinə görə, sabahdan etibarən paytaxtda gözəllik salonları, bərbərxanalar və məhdudlaşdırmaların tətbiq olunduğu karşerinq xidməti fəaliyyətini davam etdirəcək, uşaq bağçalarının fəaliyyətinə isə iyunun 23-dən icazə veriləcək.

S. Sobyanin yaşı 65-dən yuxarı olan insanların da sərbəst şəkildə küçəyə çıxmasına, şəhərdə hərəkət etməsinə tətbiq olunan qadağanın götürüldüyünü vurğulayıb.