03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusun ağır dərəcəsinin əlacı tapılıb

08.06.2020


Amerikalı alimlər pasiyentləri koronavirus infeksiyasının ağır formasından xilas edə biləcək yeni preparat yaradıblar. Akalabrutinib adlanan bu preparat əvvəllər bədxassəli qan xəstəliklərinə qarşı tətbiq edilirdi.

AZƏRTAC "Lenta.ru” saytına istinadla xəbər verir ki, yeni preparat haqqında məqalə "Science Immunology” jurnalında dərc edilib.

Ağır vəziyyətdə olan 19 pasiyentin (onlardan 8-i ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuşdu) iştirakı ilə keçirilən sınaqlar nəticəsində məlum olub ki, akalabrutinib Bruton tirozinkinazu zülalını (BTK) bloklayaraq respirator distress riskini akalabrutinb və ifrat fəal immun cavabını zəiflədir. Lakin yeni preparatın təhlükəsiz dozasının müəyyən edilməsi üçün bu effekt randomizə olunmuş klinik tədqiqatlar yolu ilə yoxlanılmalıdır.

BTK sitokin iltihabi molekulların ayırdığı makrofaqların işi və normal immunitet üçün zəruridir. Sitokinlər infeksiya düşmüş orqanizmin müdafiə reaksiyalarını tənzimləməyə kömək edir. Lakin COVID-19-un ağır formasında sitokinlərin normadan artıq dərəcədə ayrılması ağciyərlərin funksiyasının pozulmasına şərait yaradır. Sitokin qasırğası adlanan bu mərhələdə xəstəliyin müalicəsi üçün yoxlanılmış strategiya hələlik yoxdur.