05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və İran logistika terminalı yaradır

08.06.2020

Azərbaycan və İran müştərək sənaye şəhərciyi və logistika terminalını istifadəyə verəcək.

Bunu İranın Ərdəbil əyalətinin Proqramlaşdırma və İdarəetmə Təşkilatının sədri Davud Şayiqi deyib.

O bildirib ki, logistika terminalı və Azərbaycan-İran müştərək sənaye şəhərciyinin  yaradılmasında məqsəd Parsabad-Muğan sərhəd bölgəsində ticari və iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir: "Logistika terminalının yaradılması ilə Ərdəbil əyalətindən  Qafqaz ölkələri, Orta Asiya və Rusiyaya məhsulların ixracatı artacaq. İstehsal,  qablaşdırma və sənaye sahəsində sərmayə yatırmaq sahəsində sıçrayış olacaq”.

Ərdəbil əyalətinin ikinci böyük şəhəri olan Parsabad şəhərini Biləsuvar şəhərinə birləşdirmə layihəsinin icra olunduğunu deyən D. Şayiqi bildirib ki, Parsabad-Biləsuvar magistral yolu dördzolaqlı olacaq. Bu layihənin icrası prioritet məsələdir və bundan başqa Parsabad şəhərində infrastrukturun təkmilləşdirilməsi işləri bu il ərzində həyata keçiriləcək.

D. Şayiqi onu da deyib ki, hazırda logistika terminalının və müştərək sənaye şəhərciyinin təsis edilməsi üçün hazırlıq işləri görülür.