05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah Bakı metropoliteni işləyəcək? + VİDEO

07.06.2020


Bakı metropoliteni sabahdan gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 8-i səhər saat 06:00-dan etibarən metropolitenin bütün heyəti iş başında olacaq:

"Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti "Həzi Aslanov"-"28 May" xətti üzrə 2 dəqiqə intervalla olacaq. Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib".

B.Məmmədov bildirib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq.