05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İraq parlamenti tələb edir

07.06.2020


İraq parlamenti ABŞ-ın hərbi hissələrinin ölkə ərazisində qalması ilə razılaşmayacaq.

Bu sözləri İraq parlamentinin üzvü Kərim Əl-Məhəmmədavi deyib. O bildirib ki, cari ilin yanvar ayında İraq parlamenti birmənalı şəkildə ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılması haqqında qanun qəbul edib: "Biz öz qanunlarımıza sadiq qalaraq xarici dövlətlərə məxsus hərbçilərin ölkəmizin ərazisində qalmasını istəmirik”.

Qeyd edək ki, bu ilin yanvar və mart aylarında İraqın böyük şəhərlərində kütləvi aksiyalar keçirilib. İki ay davam edən aksiyalarda polis və hərbçilərlə baş verən qarşıdurmada 100-dən çox insan ölüb. İraqlılar xarici hərbi hissələrin ölkədən çıxarılmasını tələb edirdilər. Aksiyaların nəticəsi kimi İraq hökuməti istefa vermək məcburiyyətində qaldı. Yeni hökumət isə iyunun ortalarında ABŞ rəsmiləri ilə danışıqlar aparılacağını bəyan edib. Danışıqların mövzusu qoşunların İraqda qalması məsələsi olacaq. İraq parlamenti indidən bəyan edir ki, danışıqlar zamanı hökumətin mövqeyi ondan ibarət olmalıdır ki, xarici qüvvələr ölkəni tərk etsin və İraqın suverenliyinə hörmətlə yanaşılsın.

Artıq Avstraliya hərbi hissələrini İraqdan çıxarmaq niyyətindədir. Bu barədə Avstraliyanın Müdafiə naziri Linda Reynolds məlumat verib. O deyib ki, hərbçilər İraqdakı missiyalarını yerinə yetirib və ilin sonuna kimi ölkəyə qayıdacaqlar.

Xatırladaq ki, İŞİD terror qruplaşması ilə mübarizə üçün ABŞ-ın rəhbərliyi ilə hərbi koalisiya yaradılıb və 2015-ci ildə İraqa hərbi hissələr yeridilib. Lakin bəzi dövlətlər hərbi bazalarını İraqdan geri aparmaq istəmir ki, bu da siyasi gərginliyə səbəb olur.İraq parlamenti ABŞ hərbçilərinin ölkə ərazisindən çıxmasını tələb edir