05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polislər rejiminə ciddi nəzarət edirlər

07.06.2020


Daxili işlər orqanlarının əməkdaşları Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti davam etdirir.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sərtləşdirilmiş karantin rejiminə nəzarət edilir. Xidməti avtomobillərlə xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumat verilir.

Polis əməkdaşları, həmçinin avtopatrul və piyada marşrutları ilə də xidmətlərini davam etdirirlər. Sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxslər aşkarlandıqda isə onlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 6-sı saat 00:00-dan iyunun 7-si saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, bu il iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub.