05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan Dəmir Yolları fəaliyyətini bərpa edəcək

07.06.2020


"Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti (SC) iyunun 15-dən fəaliyyətini bərpa edəcək.

Bu barədə qurum məlumat yayıb. Bildirilir ki, SC karantin dövründə hökumət və digər əlaqədar təşkilatlar tərəfindən koronavirusla əlaqədar hazırlanmış bütün qayda və tövsiyələrə əməl edib. Dəmir yolunda sərnişinlərin hərəkəti ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni qaydalara əsasən, vətəndaş qatara daxil olmazdan əvvəl termoskrininqdən və dezinfeksiyaedici sahədən keçəcək, əllərini xüsusi maye ilə yuyacaq.

Sərnişinlər hətta virusun əlamətləri olmasa belə sosial məsafəni gözləməlidirlər. Tibbi maskası olmayan sərnişinlər ümumiyyətlə qatarlara buraxılmayacaq.

Qeyd dək ki, "Gürcüstan Dəmir Yolları” SC koronavirusla əlaqədar martın 31-dən fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, Gürcüstan iyunun 15-dən daxili turizmi bərpa edəcək. İyulun 1-dən isə Gürcüstan xarici turistləri qəbul etmək niyyətindədir.