05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polisə müqavimət göstərdi, HƏBS EDİLDİ

07.06.2020


Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, iyunun 6-da Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirilərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq hərkətləri davam etdirilir.