05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Helikopter qəzaya uğrayıb, ölənlər var

07.06.2020



İndoneziyanın Mərkəzi Yava əyalətində "Mİ-17” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 5-i isə yaralanıb.

Bu barədə "Jakarta Globe” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Hadisənin iyunun 6-da yerli vaxtla saat 13:40-da Kendal şəhərində baş verdiyi bildirilir. Qeyd edilir ki, həmin gün ikinci təlim uçuşu yerinə yetirən helikopterin birinci dəfə havaya qalxması zamanı heç bir problem qeydə alınmayıb.

Ciddi yanıq xəsarəti almış digər hərbiçilərin yerli xəstəxanaya çatdırıldığı bildirilir.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.