02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı bu gün - FOTOREPORTAJ

06.06.2020


Nazirlər Kabineti yanında Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarının qüvvəyə minməsindən sonra nəqliyyatın hərəkəti qadağan edildiyindən, bütün mağaza və restoranların, həmçinin iaşə obyektlərinin fəaliyyətini tam dayandırıldığından Bakının küçə və prospektlərində, park və xiyabanlarında tam boşluq yaranıb.

AZƏRTAC-ın fotoqrafı xüsusi karantin rejiminin həftə sonunda sərtləşdirilməsindən sonra paytaxtdakı vəziyyəti lentə alıb.

Fotolardan da göründüyü kimi, həmişə sıxlıq olan Bakının küçə və prospektlərində, park və meydanlarında boşluq, tam sakitlik müşahidə edilir. Paytaxtda demək olar ki, xüsusi karantin rejiminə tam əməl olunur.

Paytaxt ərazisində yalnız aşayiş keşikçilərini, xidməti avtomobilləri və xüsusi icazə verilmiş nəqliyyat vasitələrini görmək mümkündür.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin rejiminə nəzarət edilir. Xidməti avtomobillərlə xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verilir.

Polis əməkdaşları, həmçinin avtopatrul və piyada marşrutları ilə də xidmət aparırlar.

Xatırladaq ki, 2020-ci il iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.