02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa İttifaqının xarici sərhədləri bağlı qalacaq

06.06.2020


Avropa Komissiyasının tövsiyəsi ilə Avropa İttifaqının sərhədləri ən azı iyulun əvvəlinə qədər bağlı qalacaq.

Avropa komissarı İlva Yohansson Avropa İttifaqına üzv ölkələrin Daxili İşlər nazirlərinin cümə günü axşam keçirilmiş videokonfransında Avropa İttifaqının sərhədlərinin iyul ayından tez olmayaraq açılmasına tərəfdar olduğunu bildirib. Yohansson vurğulayıb ki, məhz Şengen zonasının xarici sərhədləri haqqında söhbət gedir. Daxili sərhədlər isə İttifaqın ayrı-ayrı ölkələri arasında qarşılıqlı razılaşmalarla tənzimlənir.

Cümə günü keçirilmiş videokonfransa qədər üçüncü ölkələrin vətəndaşlarını Aİ ərazisinə girişinə iyunun 15-inə qədər qadağa qoyulmuşdu. İndi isə, görünür, bu qadağanın müddətini daha yarım ay uzadacaqlar.

Avropa komissarı qeyd edib ki, bu, onun Avropa İttifaqındakı bütün həmkarlarının (Daxili İşlər nazirlərinin) ümumi fikiridir.