29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə ölənlərin sayı azalır

05.06.2020


Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 5-də ümumilikdə 57 min 829 nəfər testdən keçib. Onlardan 930 nəfərdə testlərin nəticələri pozitiv çıxıb.

 Türkiyə Səhiyyə Nazirliyi xəbər verir ki, gün ərzində 1622 nəfər sağalıb, 18 nəfər dünyasını dəyişib. Gündəlik sağalmada sıçrayışlı artım, ölümdə sürətli azalma qeydə alınıb. Bu vaxtadək ölkədə 2 milyon 267 min 412 nəfər koronovirus testindən keçib. Hazırda 592 nəfər reanimasiyada, 269 xəstə süni nəfər aparatına qoşulmuş halda müalicə alır. İndiyədək bu virusdan 4648 xəstə dünyasını dəyişib, 133 min 400 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyə hökuməti pandemiyaya qarşı məhdudiyyətləri aradan qaldırmaq üçün planlaşdırılmış qaydada normallaşma prosesinə keçib. "COVID-19” ilə mübarizə tədbirləri çərçivəsində bu həftəsonu nəzərdə tutulan növbəti komendant saatı rejimi ləğv olunub.