08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Ermənistana arxivləri açmağı təklif edib

21.01.2018

Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib.
Bu fikirləri Ərdoğan bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.
Ərdoğan deyib ki, həmin hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var: "Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Biz qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər arxivlərin açılması təklifimizi qəbul etməyiblər. Qarşımıza çıxmağa cəsarət etmədilər".