03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Buraxılış imtahanları nə vaxtdır?

04.06.2020

Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq iyunun 6-da və 7-də keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq iyunun 10-da və 11-də keçiriləcək. Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10-da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

"İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.