03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mübahisəli kəndin adı dəyişdirilir

04.06.2020

Milli Məclisin Toponimiya komissiyasına Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi təklifi daxil olub.

Bunu açıqlamasında Toponimiya komissiyasının sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, Şamaxı Rayon İcra Hakimiyyəti həmin rayonun inzibati ərazi bölgüsünə daxil olan Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb: "Biz araşdırdıq, həqiqətən də kəndin adının mənşəyi barədə müxtəlif versiyalar olduğu ortaya çıxdı. Kəndin adının mənşəyi əslində bilinmir və müəyyən etmək çətindir. Ona görə də kəndin adının dəyişdirilməsi təklifinə müsbət yanaşmışıq. Toponomiya komissiyasının ayın 8-də keçiriləcək iclasında bu məsələyə baxılacaq və qərar qəbul ediləcək.

Şamaxı Rayon İcra Hakimiyyətindən eyni zamanda kəndin adının hansı adla əvəzlənməsi ilə bağlı da təklif komissiyaya daxil olub. Təklifdə kəndin "Günəşli” adlandırılması münasib hesab edilib. Coğrafi mövqeyi də kəndin belə adlandırılmasına imklan verir. Bundan əvvəlki dövrlərdə - 1994-2000-ci illərdə bir müddət bu kənd Günəşli adlandırılıb. Ayın 8-də toponomiya komissiyasnın onlayn iclasında bununla bağlı qərar qəbul ediləcək".

Firuzə Vahid