03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Minlərlə etirazçılar London küçələrində

04.06.2020


Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi bu günlərdə minlərlə insan London şəhərinin fərqli hissələrində küçələrə axışıb.

Hayd Park ərazisində başlayan mitinq Baş Nazirin əyləşdiyi Dauinq Strit və Parlament binasının qarşısında davam edib. Etirazlar zamanı yollarda maşınların hərəkətində maneələr yaranıb.

Bundan öncə isə etirazlar Trafalqar meydanı ərazisində keçirilmişdi.

Qeyd edək ki, mayın 25-də Afrika əsilli amerikalı Corc Floyd polis tərəfindən öldürülüb. İnsidentlə bağlı kadrlar internetdə yayıldıqdan sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb.