03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yenidən məhdudlaşma olacaq: Təcili BRİFİNQ

03.06.2020

Son günlər ölkə ərazisində koronavirusun yayılmasında yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Yoluxma və sağalma arasında uyğunsuz fərq getdikcə artmaqdadır.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

"Əsas səbəb vətəndaşların karantin rejiminin qaydalarına əməl etməmələridir. Koronavirusinfo.az saytına karantin rejiminin pozulması ilə bağlı xeyli müraciət var.

Bu səbəbdən karantin rejiminin yumuşaldılması dayandırılır və yenidən sərtləşmə qaydaları müzakirə olunur", - o deyib.

İ.Məmmədov bildirib ki, TƏBİB vəziyyətlə bağlı Operativ Qərargaha müraciət edib:

"Sərtləşdirmə ilə bağlı məsələ müzakirə olunub. Cümə günündən hərəkətin məhdudlaşdırılması ola bilər. Küçəyə çıxma qadağası tətbiq olunacaq, hərəkətin tam məhdudlaşdırılması rejiminin yaradılması planlaşdırılır".

İbrahim Məmmədov bildirib ki, sabah Operativ Qərargahın rəhbəri Əli Əsədov bununla bağlı ətraflı məlumat verəcək.