03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədən yunanlara cavab: Aya Sofya mülkümüzdür

03.06.2020

Aya Sofya Türkiyənin bir mülküdür və fəth edilib.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

"Bu həyasızlığı necə etmək olar? Türkiyə ərazisində azanın və yaxud "Quran-i Kərim”in harada, nə vaxt oxunacağını Yunanıstan müəyyən edə bilməz. Türkiyəyə bu mövzuda ağıl verəcək son ölkə Yunanıstandır. Avropada məscid olmayan tək paytaxt Afinadır”.

Qeyd edək ki, İstanbulun fəthinin ildönümü münasibətilə Aya Sofyada Quran ayələri oxunub. Bununla bağlı Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyəyə mesaj göndərərək bildirib ki, 1935-ci ildən bəri muzey kimi fəaliyyət göstərən Aya Sofyada Quran ayələrinin oxunması xristianların dini hisslərinə təhqirdir.