03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Diri-diri basdırılan şəxs xilas ola bilib

03.06.2020


Hindistanda cinayətkarların diri-diri torpağa basdırdığı Qondal şəhərinin sakini Kapil Marakana qəbirdən çıxaraq xilas ola bilib.

"The Times of India” qəzeti xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, sabiq sahibkar cinayətkar dəstəsi ilə birgə iflasa uğramasında günahkar bildiyi zərərçəkən şəxsi oğurlayaraq döyüb, sonra isə əllərini və ayaqların bağlayaraq torpağa basdırıb.

Kapil Marakana çabalaya-çabalaya torpağın altından çıxıb və yaxınlıqda yerləşən həbsxanaya gələrək hadisə barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində cinayətkar həbs olunub.