07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

24 saatda 21 mindən çox yoluxma

02.06.2020


ABŞ-da son 24 saatda koronavirusa 21 mindən çox yoluxma halı qeydə alınıb, 784 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib.

Amerikanın Cons Hopkins Universitetinin saytı xəbər verir ki, son sutka ərzində ABŞ-da 21 min 188 nəfər, öncəki gün isə 20 min 7 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin iyunun 1-də 605 nəfər bu xəstəlikdən vəfat edib.

Dünya üzrə pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 15:40-a olan məlumatına əsasən, ABŞ-da 1 milyon 859 min 693 yoluxma və 106 min 927 ölüm faktı qeydə alınıb, 615 min 426 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicə alan 1 milyon 137 min 340 xəstədən 16 min 949-nun vəziyyəti ağır qiymətləndirilir.