06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mahnımızın oğurlanması nəzarətə götürüldü

02.06.2020

Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan "Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürüb.

Bunu Report-a Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib.

Onun sözlərinə görə, məsələ agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun xüsusi nəzarətindədir:

"Bununla bağlı müvafiq bölməyə tapşırıq verilib. Məsələ tam ciddi araşdırılır. Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Xatırladaq ki, Rəşid Behbudov Fondu İran telekanallarının "Küçələrə su səpmişəm"i fars mahnısı kimi təqdim edilərək mənimsənilməsi barədə məlumat yayıb:

"Mahnı kürd dilində subtitrlərlə Yutub kanalına yerləşdirilib. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq”.