06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qorunmağın bir yolu var - Rəşad Mahmudov

02.06.2020

COVİD-19 yəqin ki, peyvənd və müalicə üsulları tapılana qədər hələ uzun müddət bizimlə birlikdə olacaq. Bu gün virusdan birdəfəlik qurtulmaq üçün dünya elminin əlində olan bilgilər yetərsizdir.

Bu sözləri Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib. Millət vəkili bildirib ki, koronavirusla əlaqədar olan suallara konkret cavablar yoxdur:

"Bu gün ən səmərəli müalicə forması sosial izolyasiyadır, ən səmərəli yol - verilən tövsiyələrə əməl etməkdir. Ən başlıcası isə bütün bunları həyat tərzi halına gətirməkdir. Düşünməyək ki, iki il bundan sonra bəzi qaydalar dəyişiləcək. Əlbəttə, gələcək nəslin nümayəndələri görüş və ünsiyyətdə indiyədək o qədər də fərqində olmadığımız bəzi formalardan imtina etsələr, daha çox təhlükəsizliyi təmin etmiş olarlar. Təkcə COVİD-19 deyil, ümumən xəstəxana infeksiyaları dünyada həmişə problem olub və mütəxəssislərin illərlə ən çox mübarizə apardığı bir məsələdir. Əlli il bundan əvvəl də belə olub və yüz il bundan sonra üçün də aktual olan bir həqiqət var. İnfeksiyalara yoluxmanın artmasına qarşı ən səmərəli yol əllərin yuyulması, gigiyenaya əməl edilməsi, təmizliyin və əl təmasının qorunmasıdır. Ona görə də biz hansısa əmr və cəzalandırma yolu ilə deyil, stressə girmədən bu qaydalarla yaşamağı öyrənməliyik”.