20 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aviasiya işçilərinin peşə bayramıdır

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-də mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir.
Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşdırılıb. Bununla da, respublikada mülki aviasiyanın təşəkkülünün əsası qoyulub.
Azərbaycan Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Administrasiya mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Hazırda Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Əhməd oğlu Məmmədovdur.