20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

15 ağır korona xəstəsinə immun plazma köçürülüb

01.06.2020

Yeni növ koronavirus çox sürətlə yayılan bir virusdur. Hazırda ölkəmizdə aparılan çox ciddi əksepidemik tədbirlərə baxmayaraq, bir çox insanın sanitar-gigiyenik qaydalara riayət etməməsi nəticəsində koronavirus xəstələrinin sayı artır.

"Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, koronavirus infeksiyası yaşlı, xüsusilə yanaşı xəstəliyi olan insanlarda daha aqressiv və ağır gedişatlı müşahidə edilir. Lakin gənclərdə də yanaşı xəstəliklər varsa, bu xəstəlik ağır gedişatlı olur və ya ölümlə nəticələnir. Virus əleyhinə aparılan müalicələr qeyd edilən şəxslərdə effektiv olmur.

Bütün dünyada ağır xəstələrə tətbiq edilən Konvalesent Plazma müalicəsi üçün istifadə edilən immun plazma ölkəmizdə Milli Hemotologiya və Transfuziologiya Mərkəzində hazırlanır. Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər. Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələrimiz var. Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent Plazma müalicəsi çox effektivdir.

Artıq müxtəlif pandemiya xəstəxanalarında müalicə alan 15 ağır xəstəyə doqquz donordan alınan immun plazma ilə 21 dəfə Konvalesent Plazma infuziyası aparılıb. Mütəxəssislər tərəfindən dörd xəstədə müsbət dinamika, üç xəstədə isə yaxşılaşma müşahidə edilib. İmmun plazma müalicəsi bir çox xəstələrdə bir neçə dəfə aparıla bilər. Donorlar 14 gün sonra təkrar plazma hədiyyə edə bilərlər.