09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: “ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır"

20.01.2018

"ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır. Afrin əməliyyatı ərazidə faktiki olaraq başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Kütahya təşkilatının toplantısında çıxışında deyib.

R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən tənqid edib: "Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan ibarət hər cür təşkilatın adı terror təşkilatıdır. Yox, Suriya Demokratik Qüvvələri imiş, yox, sərhəd ordusu imiş, siz kim aldadırsınız? Bu təşkilatın adı PKK-dır, PYD-dir, YPG-dir. Bunu özləri də bildikləri halda, bizi və dünyanı aldatmaq üçün mayallaq aşırlar. Biri "ordu quracağıq” deyir, digəri "belə bir məqsədimiz yoxdur” deyir, başqası "sərhəd mühafizə qüvvələri quracağıq” deyir. Bunların bir-birindən xəbəri yoxdur. Üstəlik, "təşəbbüslərimiz Türkiyəni hədəf almır” deyirlər. Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.
R. T. Ərdoğan ABŞ-ın öz səhvini anlayacağını söyləyib: "Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.