27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranın yeni spikeri SEPAH komandanı oldu

28.05.2020

İran parlamentinin yeni rəhbəri İran polisinin keçmiş rəhbəri Məhəmməd Baqir Qalibaf seçilib.
Bu məlumatı İRİB televiziyası yayıb. Bununla Qalibaf 11-ci çağırış üzrə parlamentin yeni spikeri olub.
İran parlamentinə bundan öncəki 3 çağırış boyunca Əli Laricani rəhbərlik edib. Laricani fevralda keçirilən seçkidə deputatlığa namizədliyini verməkdən imtina etdiyini açıqlayıb.
Qalibaf 1961-ci ildə anadan olub. O, SEPAH-ın Hərbi Hava Qüvvələrinə və İran polisinə rəhbərlik edib. Qalibaf bundan öncə üç dəfə prezidentliyə namizədliyini versə, hər dəfəsində ya məğlub olub, ya da ki namizədliyini mühafizəkarların xeyrinə geri götürüb.