Ordumuz erməni komandirin maşınını külə döndərdi - VİDEO 
    
                          
     
                         27.05.2020
 
    
                        Dünən Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun batalyonlarından birinin komandiri olan şəxsin "Nissan Patrol” markalı avtomobili yanıb.
Bu məlumatı "Qraparak” qəzeti yayıb. Məlumata görə, atəş Naxçıvan istiqamətində edilib.
Qəzet maşına atəşin DŞK-dan açıldığını və onun tam yanaraq kül olduğunu iddia edib.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan təsdiq edib. O, bu cür atışmaların hər gün olduğunu və nəticədə hər iki tərəfin texnika itkisi yaşadığını bildirib.
Bununla belə o maşının batalyon komandirinə aid olmadığını deyib.
Stepanyan Naxçıvan istiqamətində situasiyanın stabil qaldığını söyləyib.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə sorğu verilib.