25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk PUA-ları Rusiya sistemlərini "məhv etdi" - YENİLİK

27.05.2020

Türkiyə televiziyalarından birində yayımlanan "Akıncı" sənədli filmində qardaş ölkənin pilotsuz təyyarələri ilə bağlı maraqlı faktlar açıqlanıb.

Filmdə Türkiyənin PUA-larla (türkcədə: SİHA, İHA) bağlı planları, gələcəkdə yaradılacaq modellərdən bəhs edilib.

Bildirilib ki, bu günə kimi yaradılan PUA-lar aparılan daxili və xarici əməliyyatlarda böyük uğur qazanıb.

Hətta deyilib ki, türk PUA-ları Rusiyanın qabaqcıl havadan müdafiə sistemini (hansı sistem olduğu açıqlanmır) də məhv etməyi bacarıb.

Məlumata görə, hazırda qardaş ölkənin ən böyük pilotsuz təyyarəsi hesab edilən "Akıncı" üzərində çalışmalar davam etdirilir.

Qeyd edək ki, "Akıncı" sənədli filmi sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.