27 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyada seçkilərdə azərbaycanlının namizədliyi qeydə alındı - FOTO

26.05.2020

Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.
Report-un məlumatına görə, bu, Müşəxxəs Sultanovdur.
Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb. 
M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı beş şəhərdən birinin başçısı olacaq.
M.Sultanov 1 sentyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub.
2006-cı ildən Almaniyada hotel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.