23 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Çəyirtkə sürüləri Hindistanı istila etdi - VİDEO

25.05.2020

Hindistanın Racastan və Madya Pradeş ştatlarını və BƏƏ-nin Dubay əmirliyini çəyirtkə sürüləri istila edib.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Hindistanda yaranmış vəziyyət son 27 ilin ən böyük çəyirtkə istilası kimi qeydə alınıb. İran və Pakistandan gələn çəyirtkə sürülərinin qarşıdakı günlərdə şimaldakı Uttar Pradeş ştatına irəliləməsi gözlənilir.

Çəyirtkə sürüləri həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay əyalətini istila ediblər.

"Vəziyyət nəzarət altındadır və təhlükə yoxdur. Bələdiyyə qüvvələri gün ərzində həşəratlarla mübarizə aparır”, - Dubay bələdiyyəsindən bildirilib.