23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq

25.05.2020

Azərbaycanda mayın 26-na - Ramazan bayramının növbəti gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16°, gündüz 21-26° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 761 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 26-31° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.