18 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Hava nə vaxt isinəcək? - AÇIQLAMA

25.05.2020

"Mayın 27-si və 28-dən etibarən ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, sabahdan rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq:

"Azərbaycanın şərq rayonlarında hava şəraiti yağmursuz keçəcək, qərb rayonlarında isə gündüz yağıntılar tədricən kəsiləcək. Ölkə ərazisində mayın 26-da mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, mayın 27-də mülayim cənub küləyi əsəcək.