25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordu hazırdır, xalq isə yox - Deputat

23.05.2020

Ermənilərin qondarma seçkilərdən sonra Şuşada "andiçmə” mərasimi keçirməsinə azərbaycanlıların son dərəcə kəskin reaksiya verməsi və müharibə tələbi ilə bağlı millət vəkili Erkin Qədirli də fikirlərini açıqlayıb.
E.Qədirliyi tədbirin Şuşada keçirilməsinin heç nəyi dəyişmədiyini bildirib.
"Xankəndi bizim deyilmi? Xankəndidə olan tədbirlərə heç belə emosional yanaşmırıq. Şuşadakı tədbirlə bağlı reaksiyamız Xankəndini Şuşadan daha az istəməyimiz, Şuşanın bizdə qalması şərtilə Qarabağı ermənilərə verməyə hazır olmağımız anlamına gələ bilər (elə yozula bilər). Onu da deyim ki, zamanında belə söhbət olub (xarici diplomatlar belə suallar veriblər)”, - E.Qədirli qeyd edib.
Onun sözlərinə görə, ermənilərin Qarabağda keçirdikləri "seçki”ləri heç bir dövlət və ya beynəlxalq təşkilat tanımır, Qarabağın özünü də dövlət sayan yoxdur. Odur ki, ermənilərin oradakı bu tədbiri özlərinə təsəlli, bizə isə acıq vermək üçündür:
"Heç birisinin də siyasi anlamı yoxdur. Bilirəm, ağırdır, ona görə də qəzəbini bildirənləri bunu etməkdə haqlı sayıram. Bununla belə, dövlət qərarları duyğular əsasında verilmir (verilməməlidir)”.
Millət vəkili cəmiyyətimizin demokratiya kimi, müharibəyə də hazır olmadığını vurğulayıb:
"Ordumuzun hazır olduğuna inanıram, amma müharibəni udan ordu deyil, cəmiyyət olur. Ordu döyüşləri uda bilir ancaq. Ordunun udduğu döyüşlərin siyasi nəticələri isə cəmiyyətin durumundan asılıdır. Problem hazır olmamağımızda deyil, hazırlaşmamağımızdadır. Aydındır ki, burada ən böyük məsuliyyət hökumətin üzərinə düşür”.