09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şahzadə Rusiyaya 9 təyyarə ilə gələcək

14.06.2018

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Rusiyaya 9 təyyarə ilə gələcək.
"Dövran Media" xəbər verir ki, o, Ritz Carlton otelinin bütün 11-ci mərtəbəsini tək özü və heyəti üçün sifariş edib.
Nəşrin məlumatına görə şahzadəni Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşları qoruyacaq.
Otelin 11-ci mərtəbəsinə giriş xüsusi buraxılış vasitəsi ilə mümkün olacaq. Rəhbərlik məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov prezident Putinin çempionat öncəsi qarşılayacağı 13 yüksək çinli qonaqların adlarını çəkib. Onların içərisində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudun da adı var.