19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Putin Çingiz Abdullayevi TƏLTİF ETDİ

21.05.2020

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv romanların müəllifi Çingiz Abdullayevin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə "Moskva-Bakı” nəşri xəbər yayıb.
Çingiz Abdullayev, əsasən, siyasi və psixoloji detektiv janrında olan əsərlərini rus və Azərbaycan dillərində yazır.
Onun ədəbi fəaliyyəti "Vals” (1981) və "Bir tikə çörək” (1981-1982) kimi bir neçə lirik hekayə ilə başlayıb. İlk böyük əsəri "Mavi mələklər” 1988-ci ildə dərc olunub. Sonradan "Əclafların qanunu”, "Əclafların kredosu” və "Əclafların vicdanı” adlı trilogiyası işıq üzü görüb.
2002-ci ildə rusiyalı kinematoqrafçılar bu əsərin əsasında "Dronqo” serialını çəkiblər.
Çingiz Abdullayev, ümumilikdə, 194 adda kitabın müəllifidir.