09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Divar arxasından müşahidə sistemi yaradılıb - VİDEO

14.06.2018

ABŞ-ın Massaçusets texnologiya institutunun mühəndisləri divar arxasından radio siqnallar vasitəsilə insan hərəkətini müəyyən edən xüsusi sistem yaradıb.
"Dövran Media" xəbər verir ki, bu haqda "Ren TV” məlumat yayıb.
Tədqiqat işi 2013-cü ildə start götürüb və nəticədə insanın bədən sonluqlarının mövqeyini neyro-şəbəkə vasitəsilə tanıya  bilən "RF-Pose” proqramı ərsəyə gəlib.
"RF-Pose”un göndərdiyi dalğalar istənilən maneədən keçə bilir və əldə olunan siqnalı 3D modelləşdirir.
Neyro-şəbəkə fotoşəkil bazası və skanın köməkliyi ilə insan fiqurunun dinamik hərəkətini , müxtəlif hərəkət variantları və pozalarını, məsələn qapını necə açdığını, yerindən qalxmağını, yeriməyini və s. müəyyən edə bilir.
Layihə rəhbəri Dina Katabi "RF-Pose” sistemindən Parkinsan, skleroz, əzələ distrofiyası kimi xəstəliklərdən əziyyət çəkən insanların davranışlarının analizində istifadə olunacağını bildirib.
Bundan savayı gələcəkdə yeni texnologiyadan qocalar evinin təhlükəsizlik sistemi kimi və ya xilasetmə əməliyyatlarında istifadə ediləcəyi gözlənilir.