03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya ən güclü raketinin sınaqlarını ləğv etmədi

21.05.2020

"Sarmat” qitələrarası ballistik raketin yay sınaqları təxirə salınmayıb.
Bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.
"İşlər planlı şəkildə aparılır. Kompleksin yaradılmasında iştirak edən müəssisələrdə istehsal prosesi dayandırılmayıb. Burada vacib sanitar-epidemioloji tədbirlər görülüb. Raketin yay sınaqları Müdafiə Nazirliyinin müəyyən etdiyi müddətdə keçiriləcək”, – deyə o bildirib.
Qeyd edək ki, "Sarmat” Rusiyanın hazırda arsenalında olan dünyanın ən böyük strateji raketi olan "Satana”nı əvəz etmək üçün yaradılır. Raketin sınaqlarına 2011-ci ildən başlanılıb. Yeni raket təkcə Şimal qütbündən yox, həm də Cənub qütbündən keçərək, heç bir raketdən müdafiə sisteminə yaxalanmadan hədəfləri məhv etmək gücündədir.