16 09 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İranda terrorçular məhv edilib

21.05.2020


İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ölkənin Kürdüstan vilayətində xüsusi əməliyyat keçirərək terror qruplaşmasını zərərsizləşdirib.

 Sepahın açıqlamasında xəbər verilir ki, əməliyyat nəticəsində 2 terrorçu məhv edilib, 4-ü yaralanıb, 16-ı isə tutulub. Tutulan şəxslərin evlərində və iş yerlərində aparılan axtarış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Sepahın açıqlamasında bildirilir ki, terror qrupunun bəzi üzvləri xarici qüvvələr tərəfindən diversiya və terror aktları törətmək məqsədilə İrana göndərilib.

Qeyd edək ki, ötən ayda da İranın Kürdüstan vilayətində xüsusi əməliyyat keçirilib və nəticədə Sepahın 1 nəfər əsgəri həlak olub.