29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Psixoloq təqdim edir: Hələ ana bətnindəykən...

20.05.2020


İnsanın həyatı nə zaman başlayır? Dünyaya göz açdığı an yoxsa hələ ana bətnində olarkən?

Bir çox psixoloji araşdırmalar göstərir ki, ana bətni döl üçün dünyadır və onun ana ilə həm fizioloji, həm psixoloji əlaqəsi var. Necə ki, fizioloji olaraq ananın mənfi vərdişləri (siqaret, alkoqol) və ya düzgün olmayan qidalanması dölə birbaşa təsir edir, eləcə də qadının hamiləlik dövründə keçirtdiyi hisslər, psixoloji vəziyyəti dölə təsir edir. Yəni, eyni hiss və emosiyaları döl də keçirdir. Hətta təcrübələr sübut edir ki, yetkin şəxsiyyətin formalaşması dölün ana bətnində keçirtdiyi 9 aylıq "həyat”-dan asılıdır.

Ananın hiss etdiyi ağrı və xoş olmayan hisslər dölün bükülməsinə və mimikalarının dəyişməsinə təsir edir. Əgər hamiləlik zamanı ana daimi stress vəziyyətində olub, çox ağlayıbsa bu zaman doğulacaq körpə gələcəkdə tez qıcıqlanan, çox ağlayan və hipertonuslu ola bilmə ehtimalı daha yüksəkdir. Lakin  sakit və rahat hamiləlik dövrü keçirən qadınların uşaqları daha sakit, normal inkişaf edən və böyüdükcə daha az xəstələnmə etimalları olur.

Qeyd etməliyəm ki, dölə ən təsir edici vasitə səslər və musiqidir. Artıq bir çox fakt var ki, ana musiqiyə qulaq asdıqda döl buna reaksiya verir. Mozart və Vivaldinin əsərlərinə sakitləşirsə, Bethovenin əsərlərində oyanıqlıq və narahatlıq halı hiss olunur.

Hər bir halda bütün körpələr ana bətnində olarkən, dünyaya göz açdıqda və bundan sonrakı ilk ili ana ilə özünü vəhdətdə, ayrılmaz hiss edir. İrəliləyən zamanda isə tək ehtiyacları olan şey ana sevgisidir. Analar ona həyat verir, sevir və dünyada yaşamağı öyrədirsə, körpələr də onları daha yaxşı bir insan edəcək əvəzedilməz təcrübə verir.

Şəhla Zeynallı,
psixoloq.