04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bura gedərkən maska taxın

20.05.2020

ASAN Xidmət mərkəzlərinə gələrkən mütləq tibbi maska taxılmalıdır. Bundan əlavə, mərkəzə girərkən vətəndaşların hərarəti yoxlanılır.
Bu sözləri ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev Xəzər TV-nin "Xəzər səhər” verilişində deyib.
O bildirib ki, vətəndaşların onlayn növbə götürməsi qaydası indi də tətbiq edilir:
"Vətəndaşların gəlməzdən əvvəl onlayn növbə götürməsi, əslində, onların vaxt itkisinin də qarşısını alır. Bildiyiniz kimi, ASAN Xidmət mobil tətbiqi artıq təqdim olunub. Vətəndaşlar bu tətbiqi istər Android, istərsə də İOS sistemi ilə çalışan telefonlarına yükləyib faydalana bilərlər. Bu, növbə əldə etməyin ən rahat yoludur”.
E.Niftəliyev vətəndaşlara müraciət edərək deyib ki, ASAN Xidmət mərkəzlərinə birbaşa gəlmək hələ də qadağandır:
"Xidmətə gələrkən mütləq öncədən onlayn icazə alınmalıdır. Əgər vətəndaşlar mobil tətbiq proqramından istifadə edə bilmirlərsə, dövlət agentliyinin internet saytından və ya 108 çağrı mərkəzindən yararlana bilərlər”.