04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT beynəlxalq ictimaiyyətə müraciət etdi

20.05.2020

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyəti Afrika ölkələrinə koronavirus pandemiyasının fəsadları ilə mübarizədə kömək etməyə çağırıb.
"RİA Novosti” bu barədə təşkilatın mətbuat xidmətinə istinadla xəbər yayır.
"Afrikanın səhiyyə sistemlərini gücləndirmək, qida təminatını qorumaq, maliyyə böhranının qarşısını almaq, təhsili dəstəkləmək, iş yerlərini saxlamaq, ev təsərrüfatlarında, biznes sektorunda lazımi kömək etmək və bu qitədə gəlir itkisinin təsirinin azaldılması üçün beynəlxalq fəaliyyətə çağırırıq”, - deyə, Quterreş bildirib.
Onun sözlərinə görə, Afrikada pandemiya hələ erkən mərhələdədir və sürətlə böyüyərək dağıdıcı nəticələrə səbəb ola bilər. Afrika ilə qlobal həmrəylik həm onu mövcud vəziyyətdən çıxarmaq, həm də uğurla bərpa etmək üçün əsas vəzifədir.
Qeyd edək ki, Afrikada koronavirusa 93 331 nəfər yoluxub, 2 925 nəfər ölüb, 36 821 nəfər sağalıb.