04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

131 yoluxma, 1nəfər VƏFAT ETDİ

19.05.2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 19-a olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 310 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 240 220 test aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1 279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.