04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində cəmi 85 COVID-19 xəstəsi var

19.05.2020


Çində ötən sutka ərzində 3 yeni növ koronavirus (COVID-19) xəstəsi müalicəni başa vuraraq xəstəxananı tərk edib. Bununla da ölkədə aktiv xəstələrin sayı 85-ə düşüb.
Ötən gün COVID-19 infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb. Onların üçü xarici mənşəli yoluxmadır.

Qeyd edək ki, ötən ilin dekabrında Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirusa indiyədək Çinin materik hissəsində 82 min 960 nəfər yoluxub, 4634 nəfər ölüb, 78 min 241 nəfər sağalıb. Yoluxma hallarının 1707-i xarici mənşəli olub.

Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1055 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 440 yoluxma və 7 ölüm baş verib.