05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Puerto-Riko ABŞ-ın tərkibinə daxil olur?

18.05.2020


Puerto-Rikonun qubernatoru Vanda Vaskes noyabr ayında adada tövsiyə xarakterli referendumun keçiriləcəyini bəyan edib. Referendumda Puerto-Rikonun Amerikanın 51-ci ştatı olub-olmaması barədə məsələyə aydınlıq gətiriləcək.

Hazırda Puerto-Riko ABŞ tərəfindən idarə edilən, lakin onun ayrılmaz hissəsi olmayan bir ərazidir.

Referendum bir sualdan ibarət olacaq: "Puerto-Riko ştat olaraq tezliklə ABŞ-ın tərkibinə daxil olmalıdırmı?”. Lakin əksəriyyətin ABŞ-ın tərkibinə birləşməyə razılaşdığı təqdirdə belə, prosesin sonradan müzakirə olunması və Konqres tərəfindən təsdiqlənməsi tələb edilir.

Adanın ABŞ-ın tərkibinə birləşdirilməsi məsələsi Puerto-Rikonun müstəqilliyinin tərəfdarı olan kiçik bir qrupun və status-kvonu dəstəkləyən əsas müxalif Xalq Demokratik Partiyasının qəzəbinə səbəb olub. "İrma” və "Mariya” qasırğalarından, şiddətli zəlzələlərdən və koronavirusun yayılmasından sonra adanın Amerikanın bütün 50 ştatına verilən təminatdan - federal yardımdan bəhrələnməsi xeyli çətinləşib. Buna görə də ada administrasiyası Puerto-Rikoya ştat statusunun verilməsinə nail olmağa çalışır.

Qeyd edək ki, indiyədək Puerto-Rikoda adanın statusu ilə bağlı beş referendum keçirilib. 2017-ci ildə keçirilmiş sonuncu referendum boykota məruz qalıb. Bundan əlavə, referendumda az sayda seçicinin iştirak etməsi onun legitimliyini sual altına qoyub. Həmin referendumda yarım milyondan çox insan ABŞ-ın tərkibinə daxil olmağın, 7 min 800 nəfər ABŞ-dan azad cəmiyyətin və ya müstəqilliyin, 6 min 800 nəfər isə mövcud ərazi statusunun lehinə səs verib.