08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Analitiklər ABŞ FES-in faiz dərəcələrinin 1,75-2 faiz artacağını gözləyirlər

13.06.2018

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) açıq bazarda əməliyyatlar üzrə komitəsinin bu gün başa çatan iclasında baza faiz dərəcəsi barədə qərar elan ediləcək. Beynəlxalq ekspertlər xəbər verir ki, illik faiz dərəcəsinin bir addım, yəni 0,25 faiz bəndi qədər artırılaraq 1,75-2 faizə çatdırılacağı gözlənilir.

Komitənin növbəti iclası iyunun 12-də başlanıb. İclasın yekunları iyunun 13-də axşam elan ediləcək. Gözlənildiyinə görə, iclasdan sonra bu tənzimləyicinin rəhbəri Cerom Pauellin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

FES illik faiz dərəcələrini axırıncı dəfə mart iclasının yekunlarına əsasən artırıb. O vaxt faiz dərəcəsi 0,25 faiz bəndi qədər artırılaraq 1,5-1,75 faizə çatdırılıb.