07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin 3 ayda 50,9 milyard maska ixrac edib

17.05.2020


Çin dünyada tüğyan edən yeni növ koronavirus pandemiyası şəraitində tibbi avadanlıq və ləvazimat ixracını artırıb.

Çinin Baş Gömrük Administrasiyası xəbər verir ki, martın 1-dən bəri 50,9 milyard ədəd qoruyucu maska, 216 milyon qoruyucu geyim, 81,03 milyon eynək, təxminən 1 milyard cüt əlcək ixrac edib. Bundan başqa, xarici ölkələrə 162 milyon test dəsti, 26,43 milyon ədəd infraqırmızı termometr, 71 min 700 süni tənəffüs aparatı göndərilib.

Bildirilir ki, pandemiya ilə mübarizədə istifadə üçün avadanlıq və ləvazimatların ixracı apreldən başlayaraq sürətlə çoxalıb. Belə ki, aprelin əvvəlində gündəlik ixrac 140 milyon dollar təşkil edirdisə, hazırda bu rəqəm 500 milyon dollara yaxınlaşır.