07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusdan ölənlərin sayı 313 minə yaxınlaşır

17.05.2020


Bakı vaxtı ilə səhər saatlarına olan məlumata görə, dünyada yeni növ koronavirusla (COVID-19) bağlı xəstəlik səbəbindən ölənlərin sayı 313 minəə nəfərə yaxınlaşıb.

DM pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, bu günədək xəstəliyə 4 milyon 716 mindən çox insan tutulub, 1 milyon 810 minədək xəstə sağalıb.

Daha çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb – 1 milyon 506 mindən çox insan yoluxub və 90 minə yaxın vəfat edib.

Yoluxma faktına görə sonrakı yerlərdə İspaniya (276 min 505), Rusiya (272 min 44), Böyük Britaniya (240 min 161), Braziliya (233 min 200), İtaliya (224 min 760), Fransa (179 min 506), Almaniya (175 min 962), Türkiyə (148 min 67) və İran (118 min 392) gəlir. ABŞ-dan sonra Böyük Britaniya (34 min 466), Fransa (27 min 625), İspaniya (27 min 563) və Braziliyada (15 min 368) çox sayda ölüm halları qeydə alınıb.