06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səudiyyə Ərəbistanı “Boeing”in səhmlərini alıb

16.05.2020


Səudiyyə Ərəbistanının suveren fondu "Boeing”, "Citi Group” və "Disney” şirkətlərindən səhm alıb.

Fond aprel ayında koronavirusun vurduğu iqtisadi ziyan nəticəsində yaranan əlverişli imkanları dəyərləndirib. Belə ki, 320 milyard dollarlıq fond birinci rübün sonunda BP-yə 827,8 milyon dollar, "Boeing”ə 713,7 milyon dollar, "Citi Group” və "Facebook”un hər ikisinə 522 milyon dollar sərmayə yatırıb.

Fond, həmçinin "Walt Disney”dən 495,8 milyon dollarlıq və "Bank of America”dan isə 487,6 milyon dollarlıq səhm alıb. Fondun digər sərmayələri sırasında 513,9 milyon dollarlıq investisiya ilə "Marriott International” da var.