03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mayın 20-dən azərbaycanlılar Türkiyəyə gedə biləcəklər

16.05.2020


Türkiyənin hakimiyyət orqanları 31 ölkənin vətəndaşlarına, o cümlədən azərbaycanlılara müalicə almaq üçün mayın 20-dən sonra bu ölkəyə gəlməyə icazə verib.

Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə qərar Türkiyə hökuməti tərəfindən koronavirus üzrə karantinin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində qəbul olunub. İcazə azərbaycanlılarla yanaşı, Ukrayna, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İraq, Qazaxıstan, Qətər, Qırğızıstan, Liviya, Moldova, Niderland, Türkmənistan, Özbəkistan, Rusiya və bir sıra digər ölkələrin vətəndaşlarına da şamil edilir.

Türkiyə sərhədini yalnız koronavirus testi mənfi nəticələnən pasientlər keçə biləcəklər. Orada müalicə almaq istəyən xarici ölkə vətəndaşları barədə informasıya əvvəlcə Beynəlxalq Tibbi Nəzarət sisteminə yerləşdiriləcək. İlkin təsdiq alındıqdan sonra onların Türkiyədəki tibbi müəssisələrdə müalicəsinə icazə veriləcək.

Qeyd edək ki, Türkiyədə koronavirus ilk dəfə martın 10-da Avropadan qayıdan yerli sakində aşkarlanıb. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:30-a olan məlumatına əsasən, ölkədə 146 mindən çox insan koronavirusa yoluxub, 4 min 55 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan 36 min 269 xəstədən 944 nəfərin vəziyyəti ağır qiymətləndirilir.